• Bakı 22° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Bakı bu gün DAYANMIŞDI... - VİDEO

CƏMİYYƏT

17 Sentyabr 2024 | 23:17

Bakı bu gün DAYANMIŞDI... - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhərində ağır tıxac olub. 

Bakıvaxtı.az-ın məlumatına görə, ən böyük tıxac isə Xətai rayonu, 8 Noyabr prospektində müşahidə olunub.

Uzun tıxac məktəbə və işə gedənlərin işini çətinləşdirib.

Hərəkət olmadığından bəzi avtobus sürücüləri və sərnişinlər nəqliyyat vasitələrini tərk ediblər.

Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, hazırda 8 Noyabr prospektində təmir işləri aparılır, tıxac da bununla əlaqədardır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, tıxacın aradan qaldırılması istiqamətində zəruri addımlar atılıb.

Mövzu ilə bağlı telekanalın videomaterialını təqdim edirik:


SON XƏBƏRLƏR

18 Sentyabr 2024