• Bakı 14° C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Bakı qamışlıq sahədə yanğın oldu

HADİSƏ

12 Yanvar 2024 | 16:03

Bakı qamışlıq sahədə yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Hadi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 450 kv.m. sahədə qamışlıq ərazi yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026