• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyədə AKP-nin tədbirində silahlı hücum: 1 nəfər ÖLDÜ - YENİLƏNİB

HADİSƏ

10 Fevral 2024 | 20:26

Türkiyədə AKP-nin tədbirində silahlı hücum: 1 nəfər ÖLDÜ - YENİLƏNİB

AK Partiyanın Küçükçekmece bələdiyyə sədrliyinə namizədi Murat Kuruma seçki kampaniyası zamanı silahlı hücum olub. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfərin öldüyü bildirilir.

...

20:00

Türkiyədə AKP-nin seçki ilə bağlı tədbirində silahlı hücum olub, xəsarət alan var

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X”dəki hesabında yazıb.

Nazir qeyd edib ki, saat 16.30 radələrində İstanbul şəhərinin Küçükçekmece rayonunda AKP-nin bələdiyyə sədrliyinə iddialısı Əziz Yeniayın namizəd irəli sürdüyü tədbirdə tüfəng və tapançadan atəş açılıb.

Hücum zamanı E.G.D adlı qadın yaralanıb. Hadisə ilə bağlı istintaq başladılıb.

“Xəsarət alan vətəndaşımıza tezliklə şəfa diləyirəm. Seçki prosesinə və demokratiyamıza qarşı belə iyrənc hücumları qətiyyətlə pisləyirəm”, - nazir qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026