• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Lənkəranda zəncirvari qəza - FOTOLAR

HADİSƏ

11 Mart 2024 | 13:06

Lənkəranda zəncirvari qəza - FOTOLAR

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Lənkəran - Lerik magistralında, Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Ağaddin Qasım oğlu Qasımovun idarə etdiyi "QAZel" markalı yük avtomobil, 1990-cı il təvəllüdlü İsmayıl Əvəzəli oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub.

    Qəza nəticəsində "VAZ-2106" deformasiyaya uğrayıb. Əraziyə FHN-in xilasediciləri cəlb olunub. "VAZ 21-06"da sıxılıb qalan Lənkəran rayonunun Şağlaküçə kənd sakinləri 1990-cı il təvəllüdlü Ramin Əlabbas oğlu Şükürov və 1989-cu il təvəllüdlü Ağasif Fəzail oğlu İsmayılov çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    "QAZel" də sərnişin qismində olan Lerik rayonunun Hamarmeşə kənd sakini, 1965-ci il təvəllüdlü Qasım Rüstəm oğlu Qasımov da xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.


    Lənkəranda zəncirvari qəza - FOTOLARLənkəranda zəncirvari qəza - FOTOLARLənkəranda zəncirvari qəza - FOTOLARLənkəranda zəncirvari qəza - FOTOLARLənkəranda zəncirvari qəza - FOTOLARLənkəranda zəncirvari qəza - FOTOLARLənkəranda zəncirvari qəza - FOTOLARLənkəranda zəncirvari qəza - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    07 Sentyabr 2026