• Bakı 25° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakıda beşmərtəbəli binada YANĞIN - 2 nəfər zəhərləndi, 15 nəfər...

HADİSƏ

31 Dekabr 2021 | 23:25 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda beşmərtəbəli binada YANĞIN - 2 nəfər zəhərləndi, 15 nəfər...

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə yanıb, yüksək temperaturdan 1 otağının tavanı 15 m² sahədə qarsalanıb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

Nəlumata görə, həmçinin binanın üçüncü və dördüncü mərtəbələrində hər birinin ümumi sahəsi 50 m² olan iki mənzilin otaqlarının pəncərə çərçivələri 6 m² sahədə yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb, 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

19:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Bakıvaxtı.az-ın FHN-nin saytına istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026