Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlara olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən müntəzəm 44 marşrut xətti üzrə 131 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu barədə Bakıvaxtı.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
















