Azərbaycanda banan populyar meyvələrdən biridir.
Bakıvaxtı.az xəbər ki, həkim-dietoloqlar müddət bananın orqanizmə təsirini öyrəniblər. B
Tibbi saytlarda yer alan məlumatlara görə, banan sinir sistemini möhkəmləndirməyə, əhvali-ruhiyyə, yuxu, yaddaşın sabitləşməsi və ya yaxşılaşdırılmasına nail olmağa kömək edir. Onun tərkibində triptofan amin turşusu var ki, bunun sayəsində də banan antioksidant kimi təsir edir.
Qışda bananın qəbulu çox faydalıdır. Meyvənin tərkibində olan maqnezium sayəsində bananın istehlakı stresi azaltmağa və orqanizmin sinir yorğunluğuna davamlılığını artırmağa kömək edir.
Bananın tərkibində yüksək səviyyədə olan B6 vitamini var. Ekspertlərə görə, bu vitamin sinir sisteminin fəaliyyəti üçün çox vacibdir.
Bananın tərkibində dəmir olduğundan, ondan anemiyanın müalicəsində də istifadə edilir. Bu mikroelement qanı artırır, orqanizmin qan dövranı funksiyasını yaxşılaşdırır. Bananın tərkibində olan maqnezium streslərin yaranma ehtimalını azaldır. Bu isə yaz avitaminoz və payız depressiyası dövründə böyük rol oynayır.
Banan mədə üçün çox yumşaq qida sayılır. Bananın bitki bazası lifdir, bu isə mədənin selikli qişasına müsbət təsir edir, mədə divarını qətiyyən zədələmir.
Bundan əlavə, banan qidanın intensiv və düzgün həzmini həyata keçirdiyi üçün orqanizmdəki artıq mayenin ifraz edir.
Eyni zamanda bananın tərkibinin sellülozla zəngin olduğunu qeyd etmək lazımdır. Bu xüsusiyyəti sayəsində banan yumşaldıcı vasitə kimi də istifadə edilir və qəbzlikdən əziyyət çəkən insanlara məsləhət görülür.
Qida mütəxəssisləri hesab edirlər ki, bananın tərkibində elə maddələr var ki, strukturuna görə serotoninə (xoşbəxtlik hormonu) oxşardır. Bu maddələr müntəzəm olaraq banan qəbul edən insanlara daha şən olmağa və özünü güclü hiss etməyə şərait yaradır. Bu insanların əhval-ruhiyyəsi qalxır və zehni fəaliyyətləri aktivləşir.
Təəssüf ki, bananın da faydaları ilə yanaşı ziyanları da az deyil. Belə ki, qan laxtalanması yüksək olan insanlar üçün banan yemək olmaz. Bundan əlavə, artıq çəkidən və şəkərli diabetdən əziyyət çəkən insanlara da banan məsləhət görülmür.
İnfarkt, ürəyin işemik xəstəliyi və tromboflebit zamanı da banan məsləhət görülmür. Bəzən isə banan qarında köpə də səbəb olur.
Aytac Aslan
















