Bakı-Quba yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub.
Bu barədə Bakıvaxtı.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
***23:15
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakı-Quba yolunda tıxacla bağlı açıqlama yayıb.
İdarədən Bakıvaxtı.az-a daxil olan açıqlamada deyilir k, həftə sonu dağlıq ərazilərə qar yağışı ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqmətlərinə səfərlər etmiş və bugun axşam radələrində Paytaxt istiqmamətlərinə qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib.
Hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilibib. Qısa müddətdə hərəkət tam bərpa ediləcək. Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur.
Başqa hər hansı bir hadisə baş verməyib.
***
22:06
Dekabrın 4-ü axşam saatlarında Bakı-Quba yolunda uzun məsafəli tıxac yaranıb.
Bakıvaxtı.az-ın azərtac-a istinadən məlumatına görə, avtomagistralın Xızı rayonu ərazisindən keçən hissəsində müşahidə olunan tıxac üç saata yaxındır davam edir. Yolun bu hissəsində avtomobillərin sürəti saatda 5 kilometrədək aşağı düşüb. Bu səbəbdən yaranan tıxac 15 kilometrə yaxın məsafədə uzanır.
Yolda olan sürücülərin bildirdiyinə görə, tıxac yolun təmir olunan hissəsində bəzi avtomobillərin qarşı hərəkət zolağına çıxması səbəbindən yaranıb.
Hazırda Dövlət Yol Polisi əməkdaşları hərəkətin tənzimlənməsi istiqamətində tədbirlər görürlər.
















