• Bakı 14° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda 35 yaşlı kişini öldürən şəxs saxlanıldı - YENİLƏNİB

HADİSƏ

13 Oktyabr 2023 | 13:55

Bakıda 35 yaşlı kişini öldürən şəxs saxlanıldı - YENİLƏNİB

Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Sabunçu rayon prokurorluğundan Bakıvaxtı.az-a verilən məlumata görə, oktyabrın 13-ü saat 12 radələrində 1988-ci il təvəllüdlü Elməddin Hüseynovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1984-cü il təvəllüdlü Nəsimi Hüseynovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu Elməddin Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nəsimi Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

 

13:25

Oktyabrın 13-də saat 12:30 radələrində Sabuçu rayonu Bakıxanov qəsəbəsində 1988-ci il təvəllüdlü Hüseynov Elməddin Ədilxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, 1984-cı il təvəllüdlü Hüseynov Nəsimi Sətdar oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində olub.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026