• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda ağaclıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

HADİSƏ

11 Iyul 2022 | 22:06

Bakıda ağaclıq ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, ilkin məlumata əsasən, təqribən 700 m² sahədə quru ot və ağaclar yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

*** 21:27

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026