Bakıda iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb.
Bu barəıdə Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Məlumata görə, AQTA əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hidayətov Raman Qadağa oğluna məxsus “London Pub” ictimai iaşə obyektində plandankənar yoxlama keçiriblər. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.
İaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan spirtli içkilər aşkarlanıb. Obyektdə 2 ədəd 0,7 litrlik “Аrxangelskaya” əmtəə nişanlı, 1 ədəd 1 litrlik “Finlandia” əmtəə nişanlı, 1 ədəd 0,7 litrlik “Organic Line” əmtəə nişanlı, 1 ədəd 0,5 litrlik və 1 ədəd 0,7 litrlik “Nemiroff” əmtəə nişanlı spirtli içki məhsullarının satıldığı məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun şəkildə obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.











jpeg-1731180217.webp)




