• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bakıda ilk dəfə ən böyük dron şou olacaq

CƏMİYYƏT

29 Aprel 2023 | 19:06 | Müəllif: Subhan Mahmudov

Bakıda ilk dəfə ən böyük dron şou olacaq

"Formula 1" Azərbaycan Qran Prisinin ikinci günü, bu gün ölkəmizdə ilk dəfə irimiqyaslı dron şou nümayiş olunacaq. 

Bakıvaxtı.az xəbər verir ki, saat 21:45-də baş tutacaq şouda 1000 ədəd dron eyni vaxtda səmaya qalxaraq bənzərsiz görüntü sərgiləyəcək. Dron performansı ilə eyni zamanda dünyaca məşhur musiqiçi, niderlandlı DJ Hardvell Dənizkənarı Bulvar səhnəsində təkrarsız ifası ilə azarkeşləri coşduracaq. Yüksək templi canlı ifa dinamik vizual effektlərlə müşayiət olunaraq şəhər sakinlərinin və çoxsaylı xarici qonaqların zövqünü oxşayacaq. 

Qeyd edək ki, Bakı yarışı çərçivəsində uzun fasilədən sonra baş tutacaq möhtəşəm konsert proqramı eyni vaxtda yarışı canlı izləyən 30 minə yaxın F1 azarkeşlərinin böyük marağına səbəb olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026