İsmayıllı rayon sakinlərini ilan sancıb.
Bakıvaxtı.az-ın məlumatına görə rayonun Qalagah kənd sakini, 2005-ci il təvəllüdlü Əliyev Səbuhi Qasım oğlu və Girk kənd sakini, 1958-ci il təvəllüdlü Quliyeva Fatma Cəfər qızı həyətdə əkin işləri görərkən ehtiyatsızlıq edib, otların arasında olan ilan qəflətən onları sancıb. Yaralılar təcili yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onlara ilan zəhərinə qarşı vaksin vurulub, hazırda müalicə davam edir. /unikal