• Bakı 13° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Bakıda intihara cəhd oldu

HADİSƏ

23 May 2022 | 13:20

Bakıda intihara cəhd oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026