BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib.
BDU-nun mətbuat xidmətindən bildirilib ki, o, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.
Tələbəmizin vaxtsız vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
***
09:11
Abşeronun Novxanı kəndində 20 yaşlı Səfər Niftaliyev dənizdə batıb.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyunun 20-də baş verib.
Hadisədən sonra dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Qeyd edək ki, S.Niftaliyev Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin sonuncu kurs tələbəsi olub. Əslən Ağsudan olan Səfər gələn ay hərbi xidmətə yollanmalı idi. Dənizdə batan gənc təhsil aldığı kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini olub.

















