“Dünən axşam saat 23:00 radələrində marketdəki zəhərlənmə ilə bağlı xəstəxanaya gətirilənlərin ciddi şikayətləri olmayıb. Onlar həkimlər tərəfindən müayinə oluanaraq evə buraxılıblar”.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
O qeyd edib ki, zəhərlənmənin səbəbi hələ tam bəlli deyil:
“Lakin market ərazisində propan qazı ilə hansısa iş görüldüyü deyilir. İş aparan fəhlələrə heç nə olmayıb. Marketin işçiləri qaz iyini hiss ediblər və yüngül şikayətləri olub - ürəkbulanma, baş ağrısı və s. Heç kimin həyatı üçün təhlükə yaradacaq ciddi zəhərlənmə olmayıb”.
Xatırladaq ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanındaki "Bolmart"da zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
***
11:16
Ötən gün saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Bolmart" supermarketində baş vermiş kütləvi zəhərlənmənin səbəbi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, Səməd Vurğun küçəsi: 79 D ünvanında yerləşən supermarketin çoxsaylı əməkdaşı qidadan deyil, havadan zəhərlənib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Səməd Vurğun küçəsində yerləşən tikiliyə dünən vurulan örtük maddəsindən ayrılan kimyəvi buxar binaya bitişik olan “Bolmart” supermarketinin havalandırma sistemi ilə sovrulub və marketin salonuna ötürülüb. Nəticədə supermarketdə olan 27 nəfər özünü pis hiss edib. Onlardan 14 nəfərinə yerindəcə ilkin tibbi yardım göstərilib. Lakin supermarketin işçisi olan digər 13 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. (qafqazinfo)
Xəstəxanaya aparılan şəxslərın adlarını təqdim edirik:
Rəmziyə Nağıyeva – 1976
Lalə Məlikova – 1985
Xəyalə Mürəliyeva – 1985
Güldəstə Kərimova – 1987
Çinarə Abakarova – 1993
Vüsalə Ağayeva - 1978
Natəvan Əliyeva - 1988
Pərvanə Baxışova – 1986
Aygün Bəşirova – 1987
Alim Cəbrayılov – 1989
Turanə Hüseynova – 1990
Fatimə Mahmudzadə - 1999
Fəridə Quliyeva - 2001
Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılıblar.
***
10:38
Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılıblar.
***
10:10
Bakıda marketdə kütləvi zəhərlənmə olub.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.
Mağazada 15-ə yaxın şəxs zəhərlənib.
Təcili yardım vasitəsilə zəhərlənənlərə müdaxilə edilib, vəziyyətləri ağır olanlar xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.















