• Bakı 23° C

    3.34 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Bakıda nöqsanlar aşkarlanan kafe bağlanıldı

HADİSƏ

09 Fevral 2022 | 11:55

Bakıda nöqsanlar aşkarlanan kafe bağlanıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küç., ev 7, mənzil 47 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Həsənov Zəfər Faiq oğluna məxsus “Jalə” kafesində aparılan təkrar yoxlama zamanı nöqsanların aradan qaldırılmadığını müəyyən edib.

AQTA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, müəssisədə çirkli suların birbaşa mərkəzi kanalizasiya sisteminə axıdıldığı, mətbəxdə ayrıca yuma sahəsinin mövcud olmadığı və havalandırma sisteminin quraşdırılmadığı, həmçinin işçi heyətin dövri tibbi müayinədən keçmədən fəaliyyət göstərdiyi aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026