• Bakı 7° C

    4.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda kişi özünü binadan ataraq intihar edib - YENİLƏNİB

HADİSƏ

12 Dekabr 2021 | 20:50 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda kişi özünü binadan ataraq intihar edib - YENİLƏNİB

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, intihar Yeni Yasamal yaşayış massivində baş verib. Belə ki, Məhəmməd Xiyabani küçəsində yerləşən binanın beşinci mərtəbəsində yaşayan 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlu özünü eyvandan atıb.

S.Quliyev hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.

***

20:13

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli obyektin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bakıvaxtı.az-ın Nazirliyə istinadən xəbərinə görə, müraciətlə əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər 1987-ci il təvəllüdlü Quliyev Seymur Nəsib oğlunun meyitini aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026