• Bakı 10° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Bakıda orta aylıq əməkhaqqı ARTDI

CƏMİYYƏT

10 Noyabr 2022 | 10:47

Bakıda orta aylıq əməkhaqqı ARTDI

Bu ilin yanvar-avqust aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 068,7 manat təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,3 % artıb.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3 % artaraq 829 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026