• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Emin Əmrullayev dörd məktəbə yeni direktor təyin edib

CƏMİYYƏT

09 Dekabr 2022 | 19:01 | Müəllif: Subhan Mahmudov

Emin Əmrullayev dörd məktəbə yeni direktor təyin edib

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan 4 məktəbə yeni direktorlar təyin olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Belə ki, Lənkəran rayonunun Havzava kənd A.Əliyev adına tam orta məktəbinə Fikrət Cəfərov, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyə Səadət Kazımova, Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbinə Aynur Məmmədova, Cəlilabad rayonu Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbinə isə Elnur Quliyev direktor təyin olunub.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR