• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda bu yol buz bağladı - Hərəkət çətinləşdi

CƏMİYYƏT

08 Yanvar 2023 | 15:38 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda bu yol buz bağladı - Hərəkət çətinləşdi

Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib.

Bakıvaxtı.az xəbər verir ki, bəzi kiçiktutumlu avtomobillər hərəkət zamanı sürüşərək yolda qalıblar.

Hazırda yolların qardan təmizlənməsi məqsədilə 4 nömrəli Magistral Yolları İstismarı MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub və yollara duz, qum səpərək dolaylarda avtomobillərin intensiv hərəkətinin tənzimlənməsi işlərini həyata keçirirlər.

MMC-nin sahə rəisi Eldar İsrafilov sürücülərə təhlükəsizlik məqsədilə axşam saatlarında alternativ yollardan, eləcə də Bakı-Qazax yolundan istifadə etməyi məsləhət görür.

Sahə rəisi onu da bildirib ki, Ağsu dolaylarında axşama doğru yolların buz bağlaması istisna olunmur. Sürücülərə bir müddət Ağsu-Kürdəmir yolundan istifadə etmək məqbul sayılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026