Qızıl zəifləyən dollardan dəstək alır.
Bakıvaxtı.az xəbər verir ki, keçən həftə kəskin ucuzlaşan qızıl bu həftə alış nöqtəsi olaraq görülüb. Dünya bazarlarında dolların qismən zəifləməsi qızılın unsiyalarına tələbi təmin edib.
Dolların məzənnəsindəki enişin təsiri ilə qızıla tələbat artıb. FED sədri Cerom Pauelin bu gün Vaşinqton İqtisadi Klubunda çıxışı da maraqla gözlənilir.
Qızılın unsiyası günə 1868 dollardan başlayıb. Gün ərzində ən aşağı səviyyə 1866 dollar, ən yüksək səviyyə isə 1875 dollar olub.
Hazırda qızılın unsiyası 1874 dollara satılır.
Ay Tac










jpg-1678357283.webp)




