• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ali Məhkəmənin sədr vəzifəsini əvəz edən Çingiz Əsgərov  kimdir?

CƏMİYYƏT

09 Mart 2023 | 13:53

Ali Məhkəmənin sədr vəzifəsini əvəz edən Çingiz Əsgərov kimdir?

Xəbər verdiyimiz kimi, martın 6-da Ali Məhkəminin sədri Ramiz Rzayevin səlahiyyət müddəti bitib.

Bakıvaxtı.az xəbər verir ki, Ali Məhkəmənin sədri vəzifəsi müvəqqəti olaraq sədr müavini Çingiz Əsgərova həvalə olunub.

Qeyd edək ki, Çingiz Əsgərov 2000-2003-cü illərdə Avropa Şurası yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyinin 1-ci katibi olub.

2003-2020-ci illərdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri vəzifəsini tutub. 2020-ci ildə isə Ali Məhkəmənin hakimi və sədr müavini təyin edilib. 

Ç. Əsgərov həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsidir. /Unikal


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026