"Türkiyədə zəlzələnin ən çox hiss edildiyi, dəhşətli faciələrə yol açdığı vilayətlər, şəhərlər Kilis, Diyarbakır, Adana, Osmaniye, Gaziantep, Şanlıurfa, Adıyaman, Malatya ve Hataydır. Təqribən, 13,8 mln. əhali yaşayan bölgədir, çox ağır dağıntılar və itkilər var, ağır dərddir, ürək dözmür, amma bəzi ilkin analizlərə də ehtiyac var".
Bunu iqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin şəhərlərin bələdiyyə başqalarının partiya üzvlüyünə baxsaq Kilis, Osmaniye, Gaziantep, Şanlıurfa, Adıyaman, Malatya AKP-ni (bir tək Osmaniyede MHP-dir), Diyarbakır HDP-ni, Hatay və Adana isə CHP-ni təmsil edirlər: "Bu nədən önəmlidir?! Türkiyədə şəhərsalmada, binaların tikintisinə, qəbuluna görə qanunveciliyikdə Bələdiyyələrin çox böyük səlahiyyətləri var. Məncə, bu zəlzələnin dəhşətli görüntüləri Türkiyədə may ayında baş tutacaq seçkilərin nəticəsinə birbaşa təsir göstərəcək. Bələdiyyə seçkilərinin önəmini də artıracaq, vətəndaşların şəhərlərin idarəetməsinə daha effektiv nəzarət mexanizmlərinin yaranmasına da səbəb olacaq. Yəni, bu faciənin nəticələrində ən böyük məsuliyyət AKP-də olsa da, amma hər bir partiyanın da öz günah payı var".
N.Cəfərli qeyd edib ki, insanlar zəlzələnin qarşısını almaqda acizdilər, amma vurduğu zərəri minimuma endirmək mümkündür, buna isə şəffaf və ağılı idarəetmə ilə nail olmaq olar: "Allah bütün həlak olanlara rəhmər eləsin, yaralananlara acil şəfalar qiymət eləsin! Yaradan Türkiyəmizə kömək olsun!"
Aytac Aslan



jpg-1678357283.webp)












