Təhsil Tələbə Krediti Fondu təbliğat-təşviqat xarakterli reklam xidmətləri ilə bağlı tenderin nəticəsini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi “Performance Consulting” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Qalib şirkətlə 219 min manat dəyərində müqavilə imzalanacaq.
Müqavilənin şərlərinə görə, reklam məqsədli təbliğat-təşviqat xarakterli videoçarxların çəkilməsi və bu videoçarxların TV-lərdə yayımının təşkili, həmçinin sosial media xərcləri (Hazırlanmış video çarxların 2023-cü il ərzində sosial şəbəkə hesablarının hər birində (facebook, instagram, youtube, telegram, tik tok) reklamının və yayımlanmasının təşkili) həyata keçirilməlidir.
İbRa
















