• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

STEAM-ın keçirilməsinə nə qədər vəsait sərf olunub?- Ekspertdən nazirliyə SƏRT SUALLAR

CƏMİYYƏT

10 Dekabr 2022 | 10:39

STEAM-ın keçirilməsinə nə qədər vəsait sərf olunub?- Ekspertdən nazirliyə SƏRT SUALLAR

“Dekabrın 5-9 tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində  SAF 2022 (STEAM Azərbaycan Festivalı) keçirilib. Amma tədbirin keçirilməsi üçün sərf edilmiş maliyyə ilə bağlı, bu tədbirin hansı MMC tərəfindən təşkil edilməsi haqqında məlumat yoxdur”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.

K. Əsədov bildirib ki, onda olan məlumata görə, tədbirin keçirilməsinə 30 milyon manat vəsait sərf olunub:

“Mən tender.gov.az portalında tədbirin keçirilməsi üçün nəzərdə tutulan tender görmürəm, tapa bilmirəm. Məsələ o deyil ki, bu STEAM lazımdır, uşaqlar texnologiyaları öyrənirlər, o ayrıca yazının mövzusudur. Mənə hələ ki, bu tədbirin keçirilməsinin maliyyə tərəfi, tender tərəfi maraqlıdır”. 

Ekspert qeyd edib ki, şairlər bir qurultay keçirmək üçün 200 min manat vəsait almışdılar, hamı az qala onları vətən xaini elan etmişdi:

“İndi isə 30 milyon manat vəsait sərf edilib, lakin heç kimə maraqlı deyil.  Bu heç də təhsilə, elmə ayrılan vəsait kimi başa düşülməməlidir. Niyə Elm və Təhsil Nazirliyi maliyyə hesabatlılığında obyektiv və şəffaf deyil? Nədən narahatdırlar?”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026