Bakının Sabunçu rayonunda salfet istehsal edən sexdə partlayış zamanı ağır xəsarət alan 21 yaşlı gənc ölüb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Zabrat qəsəbəsində baş verib.
Partlayış zamanı 2002-ci il təvəllüdlü Həsənov Nahid Mehman oğlu yanığ xəsarətləri alıb. O, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır/report.az
















