• Bakı 25° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Bakının bu rayonunda QAZ KƏSİLƏCƏK

CƏMİYYƏT

08 Sentyabr 2025 | 09:22

Bakının bu rayonunda QAZ KƏSİLƏCƏK

Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən qaz xəttinin yararsız hissəsinin dəyişdirilməsi ilə əlaqədar sentyabrın 8-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu M.Seyidov, H.Zərdabi, A.Abbasov, İ.Talıblı, N.Hikmət, Z.Kərimov küçələrinin, 7-9-cu sallaqxanaların, 1-5-ci Yasamal küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


SON XƏBƏRLƏR

07 Sentyabr 2025