• Bakı 15° C

    1.83 m/s

DİQQƏT! Paytaxtın bu ərazilərində qaz OLMAYACAQ

CƏMİYYƏT

07 Oktyabr 2025 | 18:47 | Müəllif: Subhan Mahmudov

DİQQƏT! Paytaxtın bu ərazilərində qaz OLMAYACAQ

Qaz xətləri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və orta təzyiqli yerüstü qaz xəttinin dayaqlar üzərinə qaldırılması işləri ilə əlaqədar 08.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Nizami–Keşlə”, “8-ci km Əlavə” və “NZS” qaz xətlərində qaz təchizatı dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Nizami rayonunun Keşlə və NZS qəsəbələrinin, 8-ci köndələn, P.Fərzəliyev, Y.Səfərov, İ.Həbibov, O.Vəliyev, N.Abdullayev, Sabir, M.Ağayev, R.Ağayev və A.Mirzəyev küçələrinin, Pirallahı qəsəbəsinin S.Vurğun küçəsinin, həmçinin Xətai rayonunun İ.Orucov, S.Orucov, Mehdizadə və A.Cəlilov küçələrinin qaz təchizatında fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR