Cari ilin ilk on ayı ərzində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 208.9 milyon manata yaxın vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 15.8 faiz və ya 28.5 milyon manat çoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Vergi Xidməti məlumat yayıb.
Qeyd olunub ki, qeyri-dövlət sektorundan daxilolmalar 147.6 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 27.5 milyon manat və ya 22.9 faiz artıb.
Ödənilən vergilərin 70.7 faizi qeyri-dövlət sektorunun, 29.3 faizi isə dövlət sektorunun payına düşüb.
Həmçinin muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.8 faiz artaraq 3.8 milyon manata yaxın olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 8.8 faiz artıb və 25.2 milyon manatdan artıq təşkil edib.
Bakı 



