• Bakı 12° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

Astronavtların həyatı TƏHLÜKƏDƏ - Yerə qayıda bilmirlər

CƏMİYYƏT

06 Noyabr 2025 | 16:43

Astronavtların həyatı TƏHLÜKƏDƏ - Yerə qayıda bilmirlər

Üç Çin astronavtı Yerə dönmək üçün nəzərdə tutulmuş kapsulada yaranan problemlərə görə kosmosda “ilişib” qalıb.

BNakıvaxtı.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, onların “Şençjou-20” gəmisi Yerətrafı orbitdə toplanmış kosmik tullantılarla qarşılaşıb və zədələnib. Ekipaj apreldən bəri “Tiangong” stansiyasında fəaliyyət göstərir.

Astronavtlar hələlik stansiyada qalmalı, zədələrin miqyasını qiymətləndirməlidirlər. Altı ayı kosmosda keçirən heyət hazırda Yer orbitində qərarsız vəziyyətdədir, çünki toqquşma kosmik gəminin gövdəsində nəzərəçarpacaq iz buraxıb. Bu isə komandanı “Şençjou-20”nin daxili konstruksiyasında da zədələrin ola biləcəyi və evə dönüş uçuşunu təhlükə altına sala biləcəyi ehtimalından narahat edir.


SON XƏBƏRLƏR