• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Baş Prokurorluqdan "Kanal 13"ə XƏBƏRDARLIQ

CƏMİYYƏT

23 Sentyabr 2022 | 15:05

Baş Prokurorluqdan "Kanal 13"ə XƏBƏRDARLIQ

Baş Prokurorluq "Kanal 13" adlı “YouTube” kanalının təsisçisi Əziz Orucova xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Milli Təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarının tələbləri pozularaq "Kanal 13" adlı “YouTube” kanalında sentyabrın 13-də təsisçi Əziz Orucov tərəfindən Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salan videolar yerləşdirilib.

Əziz Orucova sentyabrın 15-də “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinə əsasən prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.

Xəbərdarlıq olunduqdan sonra həmin informasiyalar kanaldan götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026