• Bakı 15° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

"Batman" loqosu ilə bağlı qərar verildi

DÜNYA

07 Iyun 2023 | 17:18

Batman loqosu ilə bağlı qərar verildi

Avropa İttifaqı Məhkəməsi "Batman" loqotipi ilə bağlı qərar verib.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadla məlumatına görə, qərar əsasən DC Comics tərəfindən qeydiyyata alınan loqotip başqaları tərəfindən istifadə oluna bilməz.

Məlumata görə, baş ofisi Lüksemburqda yerləşən və Aİ-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsinin strukturunda yerləşən Baş Məhkəmə İtaliya şirkətini Avropa İttifaqının Əqli Mülkiyyət Ofisi (EUIPO) və DC Comics-ə qarşı loqodan istifadə etdiyinə görə məhkəməyə verib.

Məhkəmə sözügedən loqonun daha əvvəl qeydə alınmış ticarət markasına aid olduğuna və bu loqo ictimaiyyət üçün uydurma olsa da, Batman obrazı təəssüratı yaratdığına qərar verib.

Qərarda bildirilir ki, Batman loqosu ilə bağlı məhkəməyə təqdim edilən dəlillər oval dairədə yarasanı təmsil edən əmtəə nişanının fərqləndirici xüsusiyyətdən məhrum olduğunu sübut etmək üçün kifayət deyil.

Xatırladaq ki, DC Comics 1996-cı ildə Batman loqosunun ticarət markasının qeydiyyatı üçün EUIPO-ya müraciət etmişdi. Ərizə 1998-ci ildə qəbul edildi və Batman markası və loqosu AB qeydiyyatını allmışdı.

Commerciale Italiana 2019-cu ildə EUIPO-ya Batman ticarət nişanının loqosunu ləğv etmək üçün müraciət etmişdi. Batman loqosunu müxtəlif məhsullarda istifadə etmək istəyən İtalyan şirkəti insanların yarasa loqosunu hər zaman Batman ilə əlaqələndirmədiyini iddia edib. Ərizə EUIPO tərəfindən rədd edildi və İtaliya şirkəti məsələni Aİ məhkəməsinə verib.

Ay Tac


SON XƏBƏRLƏR

08 May 2024