• Bakı 20° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bayden Çin Sədri ilə görüşə bilər

DÜNYA

06 Oktyabr 2023 | 23:32

Bayden Çin Sədri ilə görüşə bilər

ABŞ Prezidenti Co Bayden Çin Sədri Si Cinpinlə görüşə biləcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə müsahibəsində bildirib.

O, bu görüşün noyabrda San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində baş tuta biləcəyini bildirib.
"Belə bir görüş hələ təşkil edilməyib. Amma bu mümkündür", - Bayden deyib.

Bu məsələ ilə bağlı ABŞ lideri əlavə şərh verməyib.

Noyabrın 15-17-də San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitinin keçirilməsi planlaşdırılır.

Təkbətək görüş baş tutsa, 2022-ci ilin noyabrında İndoneziyada keçiriləcən G20 sammiti çərçivəsindəki danışıqlardan sonra ilk görüş olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR