İsrailin Qəzzada soyqırımını davam etdirdiyi bir vaxtda ABŞ ilə Tel-Əviv rəhbərliyi arasında atəşkəs oyunu davam edir.
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden İsrailin 3 mərhələdən ibarət atəşkəs təklifini açıqlayıb.
ABŞ administrasiyası təklifin İsraildən gəldiyini bildirsə də, İsrailin baş naziri Netanyahu məhbus mübadiləsi və atəşkəs təkliflərinin Qəzzaya hücumları dayandırmayacağını, yalnız israilli məhbusların azad edilməsi üçün müvəqqəti atəşkəs təmin edəcəyini bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi keçirdiyi mətbuat brifinqində açıqlanan müqavilə layihəsi üzərində Tel-Əvivlə çalışdıqlarını vurğulayıb.
Kirbinin sözlərinə görə, 6 həftəlik atəşkəsin daxil olduğu birinci mərhələdə 600 məhbus azad edilməlidir:
"Top indi Həmasın məhkəməsindədir. Həmas bunu qəbul etməlidirlər. Bu təklif həm Qəzza, həm də İsrail xalqı üçün müsbətdir".
Gülşən Şərif
















