ABŞ prezidenti Co Bayden prezident təyyarəsinin pilləkənlərindən enərkən az qala yıxılacaqdı.
Bakıvaxtı.az “HaberGlobal”a istinadla xəbər verir ki, həmin anlar kameralar tərəfindən anbaan lentə alınıb.
Məlumata görə, prezidentliyə məxsus Air Force One təyyarəsi ilə Miçiqana gedən Bayden təyyarənin pilləkənlərində arzuolunmaz duruma düşüb. Belə ki, pilləkənləri enərkən sürüşən prezident son anda tarazlığını bərpa edə bilib.
Qeyd edək ki, Bayden bundan əvvəl Kolorado ştatında qatıldığı Hərbi Hava Qüvvələri Akademiyasının buraxılış mərasimində diplomlarını alan kursantları bir-bir salamladıqdan sonra səhnədən çıxarkən ayağının qum torbasına yıxılması nəticəsində yıxılıb. Hadisə nəticəsində Baydenin xəsarət almadığı bildirilib.
Keçən il isə Air Force One-a minərkən və Delaverdəki evinin yaxınlığında velosipedində tıxılıb.
Murad Məmmədli
















