Çinin sabiq Baş naziri Li Keçyan vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çinin rəsmi mətbuatı məlumat yayıb.
Bildirilir ki, sabiq Baş nazir 68 yaşında Şanxayda ürəktutmasından dünyasını dəyişib.
Məlumata görə, Şanxayda istirahətdə olan Li Keçyanın səhhəti oktyabrın 26-da qəfildən pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Li Keçyan Çin Kommunist Partiyasının 17-ci, 18-ci və 19-cu Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvü olub. O, 2013-cü ilin martından 2023-cü martınadək Çinin Baş naziri vəzifəsini tutub.
















