• Bakı 22° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

İrandan HƏMAS açıqlaması: Türkiyə ilə birgə...

DÜNYA

27 Oktyabr 2023 | 00:27 | Müəllif: Subhan Mahmudov

İrandan HƏMAS açıqlaması: Türkiyə ilə birgə...

İran Qətər və Türkiyə ilə birlikdə HƏMAS-ın əsir götürdüyü israilli girovların azad edilməsində rol oynamağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

Abdullahian eyni zamanda əlavə edib ki, İsrail 6000 fələstinli girovu azad etməlidir.

Qeyd edək ki, BMT-nin Nyu Yorkdakı qərargah binasında Azərbaycanın çağırışı ilə Baş Assambleyanın Fələstin üzrə fövqəladə xüsusi sessiyası işinə başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026