"Ermənistanla Azərbaycan arasında sülh anlaşmasının yaxın zamanda reallaşacağına inanıram".
Bakıvaxtı.az xəbər verir ki, bunu BMT baş katibi Antoniu Quterreş Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.
Görüşdə baş katib regionda mövcud vəziyyət barəsində nazir tərəfindən məlumatlandırılıb.
Tərəflər, həmçinin BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətlərini, regional məsələləri müzakirə ediblər.
Qeyd edək ki, görüş artıq başa çatıb.
22:30
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT baş katibi Antoniu Quttereşlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, nazir öncə BMT-nin xatirə dəftərinə ürək sözlərini yazıb. A.Quttereş və C.Bayramov diplomatlar görüşdən öncə xatirə fotosu çəkdiriblər.
Görüşdə BMT və Azərbaycan münasibətlərinin müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də, Ermənistan-Azərbaycan münasibətlərin müzakirəsi nəzərdə tutulub.
Təkbətək görüş hazırda davam edir.
***09:07
BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibi Antoniu Quterreşlə görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, sabah baş tutacaq görüşdə BMT və Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri və regional məsələlər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərin müzakirəsi nəzərdə tutulub.