• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“3+3” formatında növbəti görüş bu ölkədə keçiriləcək

SİYASƏT

23 Oktyabr 2023 | 21:21

“3+3” formatında növbəti görüş bu ölkədə keçiriləcək

Xarici işlər nazirlərinin “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) formatı çərçivəsində növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Tehranda keçirilən görüşdə bildirib.

Qeyd edək ki, regionun baş diplomatları səviyyəsində ilk görüş İranın paytaxtı Tehranda keçirilib.

Bundan əvvəlki ilk görüş Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində 2021-ci ilin dekabrında baş tutmuşdu.

Hər iki görüşdə Gürcüstan iştirakdan imtina etmişdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026