• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ceyhun Bayramov İrandadır - YENİLƏNİB

SİYASƏT

23 Oktyabr 2023 | 17:02

Ceyhun Bayramov İrandadır - YENİLƏNİB

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tehrana səfər edib. 

Bakıvaxtı.az xəbər verir ki, naziri iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan qarşılayıb.

Ceyhun Bayramov "3+3" formatında xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün İrandadır. 
 

14:14

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasında işgüzar səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, Ceyhun Bayramovu daşıyan təyyarə Tehrana çatıb.

***

11:28

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

***

09:32

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın paytaxtı Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, C.Bayramov oktyabrın 23-də İrana yola düşəcək.

Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Tehranda “3+3” regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini təsdiqləyib. Elə ilk dəfə də “3+3” formatında görüş ötən il Gürcüstanın iştirakı olmadan Moskvada baş tutub.

Bu gün İranın paytaxtı Tehranda xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə isə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR