• Bakı 14° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Dokertinin Qafqaz səfəri: London çalışır ki, son nəticədə regionda...

SİYASƏT

22 Noyabr 2023 | 14:08 | Müəllif: Qalib İbrahimoğlu

Dokertinin Qafqaz səfəri: London çalışır ki, son nəticədə regionda...

Məlum olduğu kimi, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti Cənubi Qafqaza səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, Dokerti ilk səfərini Ermənistana edib və baş nazir Nikol Paşinyanla görüşüb. Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesi ilə bağlı müzakirələr aparıb. Brüsseldə keçirilən üçtərəfli görüşlərdə razılaşdırılmış prinsiplər əsasında sülh prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Daha sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Leo Dokerti ilə görüşüb. Ermənistan və Böyük Britaniya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Qriqoryan deyib ki, geosiyasi və regional təhlükəsizlik məsələləri ətrafında müzakirə aparılıb. Qeyd edilib ki, bu, Dekortinin bu il regiona üçüncü səfəridir.

Bu gün isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti Azərbaycana səfərə gəlib. Azərbaycan prezidenti İlham Əliyev Leo Dokertini qəbul edib.

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Böyük Britaniya Cənubi Qafqaz regionuna xüsusi maraq göstərir. Çünki irimiqyaslı neft, qaz layihələri bu regionda həyata keçirilir və Azərbaycan burada aparıcı rol oynayır.

Ekspertin sözlərinə görə, enerji layihələri Böyük Britaniya üçün çox önəmlidir: "Böyük Britaniyanın aparıcı şirkəti olan BP şirkəti bu neft-qaz kontraktlarının əsas iştirakçılarından biridir. London regionda sabitlik və proqnozlaşdırılan siyasətin tərəfdarıdır. Bu səpkidə də regional iştirakçılarla münasibətlər qurur. O baxımdan yeni münaqişə, müharibə Böyük Britaniya üçün gərəkli deyil. Ona görə də çalışırlar ki, sülh müzakirələrində iştirak eləsinlər. Nəzərə alaq ki, Böyük Britaniya Avropa İttifaqının üzvü deyil. Ona görə də Avropa İttifaqı çərçivəsində baş verənlər London üçün əsas səylər sayıla bilməz”.

Müsahibimiz qeyd edib ki, Böyük Britaniyanın öz maraqları və imkanları var: “Düzdür, Böyük Britaniya da Avropa İttifaqı meydançasında əldə olunmuş razılıqların yerinə yetirilməsinin vacibliyini vurğulayır. Ancaq Avropa Birliyi son vaxtlar açıq-aşkar ermənipərəst mövqedə durur. Böyük Britaniyanın siyasəti fərqlidir. Çox güman ki, Azərbaycana London rəsmisinin səfəri çərçivəsində bütün kompleks məsələlər müzakirə olunacaq. Böyük Britaniya öz xüsusi mövqeyini bir daha nümayiş etdirəcək".

İlqar Vəlizdə:London çalışır ki, Böyük Britaniyanın regiondakı maraqları təmin olunsun

Analitik L.Dokertinin ilk olaraq Ermənistana səfər etməsinə də münasibət bildirib: "London Azərbaycanın mövqeyini bilir, başa düşür. Böyük Britaniya Azərbaycanda daha çox təmsil olunub. Ermənistanda isə demək olar ki, Böyük Britaniyanın şirkətləri, maraqları yoxdur. Yəqin ki, Böyük Britaniya nümayəndəsi erməni rəsmilərlə görüşdə öz ölkəsinin maraqlarını ifadə edib və müəyyən tövsiyələr verib. Hər halda rəsmi London çalışır ki, münaqişəli məsələləri dinc yolla həll olunsun və son nəticədə Böyük Britaniyanın regiondakı maraqları təmin olunsun".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR