• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri: Qarabağdan verilən MÜHÜM MESAJ

SİYASƏT

23 Oktyabr 2023 | 17:54 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan-Türkiyə birgə hərbi təlimləri: Qarabağdan verilən MÜHÜM MESAJ

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb. İki gün davam edəcək təlimlər Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi təlimlər Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçiriləcək. Birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Politoloq Azər Qasımov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan və Türkiyə ordularının vahid ordu şəklində formalaşması təbii haldır və bu istiqamətdə iki ordu müntəzəm şəkildə birgə təlimlər keçirir.

Ekspertin sözlərinə görə, Azərbaycan Ordusunun NATO standartlarına və Türkiyə ordu sisteminə uyğunlaşdırılması prosesi davam edir: "Birgə təlimlər uğyunlaşma prosesinə töhfə verməklə bərabər, həmçinin, mühüm mesajlar da ötürür. Məsələ ondadır ki, hansısa qüvvələr hələ də region üzərində oyunlar oynayır. Fransa Ermənistanla silah satışı müqaviləsi imzalayır, regionda silahlanma yarışını davam etdirməklə gərginlik yaratmağa cəhd edir. Təlimlər göstərir ki, həmin qüvvələrin Ermənistanı silahlandırmaq planları əhəmiyyətsiz olacaq. Azərbaycan və Türkiyə birliyi qarşısında belə cəhdlər ancaq həmin ölkənin məhvinə səbəbiyyət verər”.

Onun sözlərinə görə, ancaq Azərbaycanın öz ərazi bütövlüyünü təmin edərək bütün torpaqlarında üçrəngli bayrağını qaldırmasından sonra belə təlimlərin keçirilməsi hansısa ölkə və dairələrə güc göstəricisi kimi qəbul edilməməlidir: “Əslində bu ortaq güc sülhün təmin olunmasına yönəlmiş mesaj şəklində oxunmalıdır. Yəni Azərbaycan və Türkiyənin təlimi həmin qüvvələri yanlış siyasət yürütməkdən çəkindirmək üçündür. İşğaldan azad edilmiş ərazilərdə birgə təlimlər həmin ərazilərin necə müdafiə olunduğunu göstərmək, xam xəyallar quran qüvvələrin yuxudan oyanmasını təşkil etmək üçündür".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026