“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanununun layihəsi ikinci oxunuşda qəbul olunub.
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı çıxış edən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, bələdiyyələri təşkil edərkən, birləşdirərkən, ayırarkən, ləğv edərkən yaranan sosial, iqtisadi vəziyyət tarixi şəraitlə bağlı yerli əhalinin mövqeyi nəzərə alınacaq.
"Bələdiyyələr haqqında 2 iyul 1999-cu ildə qanun qəbul olunub. Yeni qanunu da həmin qanunun müzakirəyə çıxarıldığı tərzdə müzakirə edə bilərik. Biz Bələdiyyə Məcəlləsinin hazırlanması ilə məşğuluq".
Nuranə Daxilqızı
















