• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Rusiya hərbçiləri Qarabağda bizə mane olarlarsa..." - Ekspert

SİYASƏT

25 Mart 2022 | 16:09 | Müəllif: Qalib İbrahimoğlu

"Rusiya hərbçiləri Qarabağda bizə mane olarlarsa..." - Ekspert

"Ermənistan rəsmilərinin və Qarabağdakı erməni separatçıların Azərbaycan ordusunun mövqelərini irəli çəkməsiylə bağlı yaydıqları xəbərlərin mətnində bölgədəki rusiyalı hərbçilərə yüngülcə tənqid hiss olunur. Açıqlamalarında “rusiyalı sülhməramlıların Azərbaycan hərbçilərini əvvəlki mövqelərinə qaytaracağına ümid edirik” cümləsini yazırlar. Azərbaycan hərbçilərinin durduqları yerdən geri çəkilməsi ehtimalı azdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert deyib ki, Azərbaycan və Rusiya prezidentləri arasında 22 fevralda imzalanan bəyanata görə iki dövlət bir-birlərinin ərazisində separatçı fəaliyyətlərə imkan verməməlidir: "Bəyanatın birinci bəndinə görə rusiyalı hərbçilər Azərbaycan hərbçilərinin separatçıları tərksilah etməsi prosesinə mane olmamalıdırlar. Rusiya hərbçiləri Qarabağda bizə mane olarlarsa, bu, 22 fevral bəyanatına zidd olacaq".

Onun sözlərinə görə, Kreml Ukrayna ilə yanaşı Cənubi Qafqazda dost adlandırdığı Azərbaycana qarşı ikinci cəbhə açmaqda maraqlı olmamalıdır: "Digər tərəfdən, rusiyalı hərbçilər bizə mane olmazlarsa, Ermənistan hakimiyyətinin və Qarabağdakı separatçıların bölgədəki sülhməramlılara münasibəti dəyişəcəkmi? Burası maraqlıdır".

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026