• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Beyləqanda çətənə bitkiləri məhv edildi

CƏMİYYƏT

30 Avqust 2023 | 10:26 | Müəllif: Subhan Mahmudov

Beyləqanda çətənə bitkiləri məhv edildi

Beyləqanda çətənə bitkiləri məhv edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun Şərq qəsəbəsinin ərazisində çətənə bitkiləri aşkar edilib. Yabanı halda bitən ümumilikdə, çəkisi 1 ton 450 kiloqram olan 2250 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026