• Bakı 7° C

    2.08 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qatar deposunda yanğın oldu - VİDEO

HADİSƏ

17 Iyul 2022 | 09:59

Qatar deposunda yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində qatar deposunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlərlə yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri dəmiryol deposunun ərazisində dəmiryol xətti boyunca 600m² sahədə quru ot, 50 ədəd taxta şpal, taxta tullantıları, ərazidən keçən elektrik kabeli 8p.m və 15 ədəd ağac yanıb. Vaqonlar, digər ağaclar, kommunikasiya xətləri və ərazidəki tikililər yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026