• Bakı 26° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qəbələdəki yanğından GÖRÜNTÜLƏR - VİDEO

HADİSƏ

15 Avqust 2022 | 22:30

Qəbələdəki yanğından GÖRÜNTÜLƏR - VİDEO

Xəbər verildiyi kimi, Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Ərazinin yüksək, havanın isə isti və küləkli olmasının yanğınsöndürmə işlərini çətinləşdirməsinə baxmayaraq, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində işlər aparılır.

Ərazidə kol-kos, quru ot və ağaclar yanır. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Aviasiya dəstəsinin helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026