• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Binalara istilik nə vaxt veriləcək?

CƏMİYYƏT

11 Noyabr 2022 | 17:17 | Müəllif: Qalib İbrahimoğlu

Binalara istilik nə vaxt veriləcək?

Payız fəsli başa çatmaq üzrədir. Havalar soyuduqca mənzillərdə istilik tələbatı da artır.

Bəs “Azəristiliktəchizat” ASC bu il evlərdə istiliyin təmin olunması üçün hansı hazırlıqları görüb? Havalar kəskin soyuyarsa, binalara istiliyin verilməsi tezləşdirilə bilərmi?

Azəristiliktəchizat ASC şirkətinin mətbuat katibi Elvin Basqallı Bakıvaxtı.az-a bildirib ki, qurum 2022-2023 payız qış mövsümünə hazırlıq və təmir-bərpa işlərini uğurla davam etdirir: “Şirkət işlərin plana uyğun olaraq 2022-ci il oktyabr ayının sonuna tam yekunlaşdırıb. Missiyası Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin, dövlət idarətetmə qurumlarının və digər sosial təyinatlı obyektlərin keyfiyyətli istilik təchizatını təmin etməkdən ibarət olan “Azəristiliktəchizat” ASC payız-qış mövsümünə hazırlıq işlərini uğurla davam etdirir”.

Onun sözlərinə görə, istilik mövsümünün başlanılması dağ rayonlarında 1 noyabr, Bakı şəhəri və digər rayonlarda 15 noyabr tarixindən nəzərdə tutulur. İstilik mövsümü qanunvericiliklə tənzimlənir və “Azəristiliktəchizatı” ASC qanunvericliyə uyğun olaraq zamanında istilik xidmətini işə salır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR