• Bakı 10° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

BMT TŞ İsrail üçün toplana bilər

DÜNYA

07 Oktyabr 2023 | 19:33

BMT TŞ İsrail üçün toplana bilər

BMT Təhlükəsizlik Şurası “HƏMAS”ın İsrailə hücumu ilə bağlı oktyabrın 9-da iclas keçirə bilər, onun tarixləri və formatı hələ müəyyən edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TASS”a dünya təşkilatındakı mənbələr məlumat verib.

“İclasa hazırlıq görülür, bazar ertəsi baş tuta bilər”, - agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.

Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb.

Son məlumata görə, “HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb, 900 nəfər yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026